Müsahibə

Riçard Almeyda: “Mümkün deyil” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Riçard Almeyda “Neftçi” ilə matçdan sonra idmanxeber.com-a müsahibə verib.

İlk olaraq gərgin keçən oyunla bağlı düşüncələrini yörənmək istəyərdim

Bizim üçün çətin oyun oldu. Bilirdik ki, “Neftçi” klassik futbola üstünlük verir. Yaxşı oyun oldu. Fikrimcə “Qarabağ” bugün daha yaxşı idi. Çumbinyo və Dias kimi  futbolçularımızı itirsək də, bu gün yaxşı oynadıq və qalib gəldik. Futbolçularımızı təbrik edirəm. 

– İlk hissədə “Neftçi” daha sərt oynayırdı ki, “İnter”lə matç öncəsi hər hansı bir komanda yoldaşınız zədələnə bilərdi.

Biz bilirdik ki, onların futbolçuları sərt oyuna üstünlük verirlər. Bu futboldu, biz bunlara öyrəşməliyik. Başqa ölkələrdə də belə komandalar var. Ancaq bizim futbolçuların individual bacarığı sayəsində biz fərq yarada bilərik.

– Ayın 2-də İtaliyada “İnter”lə qarşılaşacaqsız. “Qarabağ” səfərə ciddi itkilərlə yollanır. “Qarabağ”dan nə gözləyək?

Burda göstərdiyimiz üstünlüyü təbii ki, orada etmək çətindi. Ancaq baş məşqçimiz bizə başa salacaq, izah edəcək necə oynamaq lazımdı. Bilirik ki, bizə çətin olacaq, ancaq Milanda yaxşı oyun göstərəcəyik.

– Reynaldonun milliləşdirilmə məsələsi ilə bağlı sənin düşüncələrin nədi?

Reynaldonun milliləşdirilməsi həm Azərbaycna milli komandası, həm də onun özü üçün yaxşıdı. Çalışmaq lazımdı ki, bu iş müsbət nəticələnsin.

– Sənin də milliləşdirilmə məsələn gündəmdə idi.

Mən belə şeylərə çox da fikir vermirəm. Əgər bir gün məni də milliləşdirmək istəsələr xoşbəxt olaram. Bütün futbolçuların kiçik yaşlarından ən böyük arzularından biri milli komandada oynamaq olur. Ancaq Azərbaycanda çıxış etdiyimdən Braziliya millisinə çağırılmam mümkün deyil. Məni də Reynaldo kimi milliləşdirsələr çox xoşbəxt olaram. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43