İdman

Riçard Almeyda “Qarabağ”dan gedə bilər: İtaliya klublarından təklif gəldi

Riçard Almeyda qış transfer dönəmində “Qarabağ”ı İtaliya klubuna dəyişə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə braziliyalı futbolçunun meneceri Qaetano Montalban deyib.

O bildirib ki, uzun müddətdir Riçard Almeydaya Avropadan çoxsaylı təkliflər var: “Onlardan ikisi İtaliya A seriyasında yarışan klublardır. Bu ilin yayında Almeyda bu klublardan birinə keçə bilərdi. Amma alınmadı. Buna baxmayaraq, həmin klublar indiyədək onun oyununu izləməkdə davam edirlər. Riçard özü də İtaliyada oynamağa hazırdır”.

Sonda menecer adını açıqlamasa da, gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta biləcəyini qeyd edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43