27 Noyabr 2024
İdman

Riçard Almeydadan həm 1100-cü, həm də, 50-ci qol

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Səbail” oyununda (1:0) matçın taleyini həll edən qolun müəllifi olan Riçard Almeyda ikiqat yubileyə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun Azərbaycan çempionatlarında 1100-cü qolunu vuran milliləşən braziliyalının şəxsi yubileyi nisbətən arxa planda qalıb. 

Hərçənd yarımmüdafiəçi “Qarabağ”ın heyətində özünün 50-ci qolunu vurub. Bu matçadək müxtəlif turnirlərdə keçirdiyi 233 oyunda 49 dəfə rəqib qapısına yol tapan Almeyda 100-ü “Səbail”lə qarşılaşmada yarılayıb. Buna “Qarabağ”da keçirdiyi 234-cü matçda nail olan cənubi amerikalı çempionatda 38, kubokda 5, avrokuboklarda 7 dəfə sevinib. Braziliyalı Ağdam təmsilçisində ilk qolunu 2012-ci il avqustun 19-da vurub. Həmin gün Riçard “Sumqayıt”la səfərdəki Premyer Liqa qarşılaşmasında fərqlənməklə 6:1 hesablı qələbədə pay sahibi olub.

Qeyd edək ki, Almeyda “Qarabağ”ın tarixinə 50 və daha çox qol vuran 5-ci futbolçu kimi düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43