“Bavariya”nın futbolçusu Aryen Robben sıradan çıxıb.
Bundesliqada “Auqsburq”la oyunda zədələnən oyunçunun 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Futbolçunun atası və həmçinin meneceri olan Hans Robben açıqlama verərək, oğlunun qarşıdakı klublararası dünya çempionatında oynamayacağını deyib.