Dünyadan

Robben karyerasını İngiltərədə davam etdirə bilər

İngiltərə Premyer Liqa nəhənglərindən olan “Mançester Yunayted” “Bavariya”da forma geyinən Aryen Robbeni transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, qırmızı şeytanlar 30 yaşındakı hollandiyalı futbolçunu gələn mövsüm rənglərinə qatmaq niyətindədir. Alman klubununda bu transferə isti baxdığı deyilir. Keçən mövsüm “Bavariya” ilə olan müqaviləsini 2017-ci ilə qədər uzadan Robbenin isə bu mövzüda nə qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, “Mançester Yunayted” Robbendən başqa Mat Hummels və Dani Alveşi də heyətinə qatmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43