Dünya futbolu

Robbendən sonra Riberi də ayrılır

“Bavariya” klubunun fransız ulduzu Frenk Riberi mövsümün sonunda Münxen təmsilçisi ilə yollarını ayırır.

Klubun idman direktoru Hasan Salihamidiç bu barədə ölkə mətbutaına açıqlama edib. O, komandanın növbəti illərdə gəncləşdirmə siyasəti aparacağını bildirib:

“Riberi “Bavariya”da çox faydalı işlər görüb. O, Robbenlə bərabər bu komandanın əfsanələrindəndir. Ancaq komanda qarşıdakı illərdə gəncləşdirmə siyasəti aparacaq. Və ehtimaldır ki,  klub fransalı ulduz ilə mövsümün sonunda yollarını ayırsın”.

“Bavariya”nın digər ulduzu Robben isə ötən günlərdə etdiyi açıqlamada mövsüm sonu klubdan ayrılacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43