Milli komanda

Robert Prosineçki: “Bu, Azərbaycanda böyük sevincə səbəb olacaq”

Millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “Kicker” nəşrinə danışan xorvatiyalı çalışdırıcı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Almaniya ilə keçirəcəyi oyun haqda fikirlərini bildirib:

“Almaniya hər zaman favoritdi. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu, heç də asan deyil. Bu qarşılaşma ölkə üçün əsl tamaşa olacaq. Əgər uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq. Azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımıza inanır, lakin biz o qədər də hazır deyilik”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43