İdman

Robert Prosineçki bu dəfə özü danışdı: “Çox böyük ehtimalla Azərbaycandakı işim bitib və ayrılacam”

“Demişəm ki, yeni təklif gələn kimi dəyərləndirməyə çalışacağam. Azərbaycan millisində qalıb-qalmayacağım məsələsini dəqiqləşdirmək üçün AFFA ilə danışıqlar aparacam.. Çox böyük ehtimal burdakı işim bitib və ayrılacam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibəsində deyib.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bu iddiaları təkzib edib: “Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu, baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43