31 Yanvar 2023
Ölkə futbolu

Roberto Bordin: “Bu haqda danışmaq istəmirəm”

Topaz Premyer Liqasının XI turuna start verilib

“Neftçi” – “Zitrə” matçından sonra baş məşqçi Roberto Bordin mətbuat konfransı keçirib

“Son ana qədər çox sərt oyun oldu. İki komanda da son ana qəədr yaxşı mübarizxə apardılar. Onlar sonuncu yerdə olmağa layiq deyillər. Üzücü hal odur ki, hesabda öndə olsaq da, bunu qoruya bilmədik”.

“Neftçi”nin müdafiəsində çoxlu problemlər var. Petrov çıxandan sonra bu daha çox hiss olundu. Bunu necə həll edəcəksiniz ?

-Sonuncu oyunda Anton yaxşı oyun göstərdi. Petrov isə öz oyunu ilə gənc oyunçulara dəstək olur. Mən oyunçularımdan razıyam.

-Antonun ehtiyatda qalma səbəbi nə idi ?

-Bu necə sualdı ? Açığı başa düşə bilmədim. Heyət bir gün öncə məşqdə bəlirləyik. Bu dəfə belə qərar verirdik.

-Rəqib komandada xüsusi fəırqüləndirə biləcəyiniz oyunçu oldu ?

-Fərdi olaraq heç kim haqda fikir söyləyə bilmərəm. Ancaq ümumən yaxşı oyun oynadılar.

-Baxışda olan nigeriyalı futbolçu ilə müqavilə bağlanacaqmı ?

-Bu haqda danışmaq hələ tezdir.

– Köməkçiniz Füzuli Məmmədovun durumu necədir?

– Vəziyyəti yaxşıdır. Bu gün bir az qorxduq. Həm köməkçi-məşqçimə, həm də “Zirə”nin qapıçısına görə qorxduq. Oyunda belə gərginlik yarandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Xəzər Lənkəran” Bolqarıstan millisinin hücumçusunu alır?

admin

“Traktor Sazi” xal itirdi

admin

“Neftçi”yə “Qarabağ” oyunu öncəsi şad xəbər

admin