Topaz Premyer Liqasının III dövrəsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında “Neftçi” səfərdə “Qarabağ”la qarşılaşıb. Oyunun ardından qonaq komandanın baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində bunları deyib:
“Oyunun əvvəlində yaxşı başlamadıq. Sonra toparlana bildik. Oyunun ən yaxşı vaxtında azlıqda qaldıq. Ancaq hər şey rəğmən sona qədər mübarizə apardıq. Oyunçularımı təbrik edirəm”.
-Nəticəni uğurlu sayırsınız ?
-Azlıqda qalmağımıza baxmayaraq uğurlu nəticə qazandıq. Təbii ki, qırmızı almayana kimi bir çox təhlükəli epizod yarada bilirdik. Lakin azlıqda qaldıqdan sonra əks-hücumlardan da istafadə edə bilmədik. Buna görə də yaxşı nəticə demək olar. Sonda isə azarkeşlərimizə təşəkkür edərim. Özmümü evdə oynayarmış kimi hiss edirdik.