Ölkə futbolu

Roberto Bordinin ağır iş yükü

Roberto Bordin “Neftçi”nin yenidən özünə gəlməsinin yollarını axtarır

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin son turlardakı zəif çıxışı  azarkeşləri və məşqçilər heyətini yenidən təşvişə salıb. “Ağ-qaralar” “Keşlə”yə qarşı çətin qələbə qazansa da, “Zirə” ilə oyunda çox vacib iki xal itirdilər. Xüsusəndə komandanın son oyunda heç bir varlıq göstərə bilməməsi qarşıdakı oyunlarda da bu cür xal itkisinin qaçınılmaz olduğunu göstərir.

“Flaqman” ilk dövrəyə nəzərən ikinci yarıya çox da yaxşı başlaya bilməmisinin bir çox amili ola bilər. Mirabdulla Abbasovla Dario Frederikonu xüsusi qeyd edə bilərik. Belə ki, mövsümə fırtına kimi başlayan M.Abbasov son qolunu 13-cü turda “Sabah”a vurub. Bunda sonra oynanan 4 turda susqunluğunu poza bilməyən milli komandamızın üzvünün form düşüklüyü “Neftçi”nin də çıxışına təsir edir.

Bir digər səbəb isə komandanın əsas silahı olan braziliyalı futbolçunun  qış fasiləsində klubdan ayrılmasıdır. İlk dövrə boyu “ağ-qaralar”ın düşünən beyni olan Darionun yoxluğu artıq indidən hiss olunur. Komandaya yeni qoşulan  oyunçuların isə hələ də adaptasiya dövrü keçdiyini hiss eləmək çətin deyil. Bütün bunlarla yanaşı gözlər italiyalı mütəxəssis Roberto Bordinə çevrilib. Bü günə kimi enişli-çıxışlı qrafiklə komandasını lider  saxlamağı bacaran “senyor”un bundan sonra necə bir oyun anlayışı ilə çıxış edəcəyi maraqla gözlənilir. Davamlı yeniliklər etməyi xoşlayan italiyalının düşünmək üçün çox vaxtı olmasa da, bir an öncə komandanı toparlamalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43