11 Yanvar 2025
Dünya futbolu

Roberto Mançini: “Terimin taktikası ilə davam etmək istəyirəm”

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqası çərçivəsində “Yuventus”la oynayacaqları maçt öncəsi mətbuat konfransı keçirib.

İtalyan çalışdırıcı sabahki oyun barədə bunları deyib:

“Oyunçularımla sadəcə birgündür tanışam. Çətin oyun olacaq. Əlimdə taktika yoxdu. Ancaq “Qalatasaray”ın güclü heyəti olduğu üçün istədiyimiz nəticəni əldə edə bilərik. Futbolçularımla sadəcə bir məşqə çıxmışam. “Yuventus” güclü komandadı, amma bu maçtda üstümüzdə basqı olmayacaq. Fatih Terim Türkiyənin və Avropanın ən güclü məşqçilərindən biridi. “Yuve”dən Tevezi yaxşı tanıyıram. Deyəsən, sabah oynayacaq. 

Çempionlar Liqasında ilk oyunumuzda məğlub olduq. “Real”la oyunda hər kəs məğlub ola bilər. 5 oyunumuz var. Bu görüşlərdən yaxşı nəticələr əldə etmək istəyirik. Fatih Terimin taktikası ilə davam etmək istəyirəm. Bu sezon da qrupdan çıxmaq istəyirik.

“Qalatasaray”la ilk danışıqlarım 4-5 gün əvvəl oldu. 2 gün sonra isə İstanbula gəldim. Hər şey bir anda baş verdi. Bura gələndə əcnəbi oyunçuları tanıyırdım. Türk futbolçuların bəzilərini tanıyıram. Aralarında gənc oyunçular var.  Əla heyətimiz var. 

Taktika üçün heç nə deyə bilmərəm. Bu, bir müddət sonra bəlli olacaq. Uşaqlıqda “Yuventus” azarkeşi idim, 13-14 yaşına qədər. “Yuventus”dan qorxsaydım, oyunu tribunadan izləyərdim. “Yuventus” favorit sayıla bilər. Öz oyunumuzu oynayacağıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43