21 Fevral 2025
Dünya futbolu

Robin Van Persi bu klubun başına keçir

Niderland millisinin sabiq forvardı Robin Van Persi “Feyenoord”u çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

“Mançester Yunayted”, “Arsenal”, “Fənərbağça”, “Feyenoord” klublarında oynamış Robin hazırda “Herenven”i çalışdırır. 

41 yaşlı məşqçi futbolçu kimi yetirməsi olduğu klubun təklifini dəyərləndirəcək.O, əvvəllər “Feyenoord”un aşağı yaş qruplarında işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43