“Mançester Siti” futbolçusu Rodri Hernandezlə bağlı qərar verib.
İdmanxeber.az məlumat verir ki, Premyer Liqa təmsilçisi ispan futbolçuya yeni müqavilə təklif edəcək.
Onun hazırda komanda ilə 2027-ci ilə qədər müqaviləsi var. Yeni sözləşmə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm 28 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.