İdman

“Roma” 4 qol vurmağı bacardı, finalçı “Liverpul” oldu – VİDEO

Çempionlar Liqasında ikinci finalçının adı bəlli olub.

Idmanxeber.com-un məlumatına görə, yarımfinalın cavab matçında “Roma” “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk oyunda rəqibini 5:2 hesabı ilə üstələyən İngiltərə təmsilçisi finala yüksəlib.

Qeyd edək ki, “Liverpul” mayın 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən finalda “Real”la üz-üzə gələcək. 

 

2 may

Çempionlar Liqası
Yarımfinalın cavab oyunları

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) – 4:2 
Qollar: Sadio Mane, 9 (0:1), Ceyms Milner, 15-avtoqol (1:1), Vaynaldum, 25 (1:2), Edin Dzeko, 52 (2:2), Raca Nainqolan, 86 (3:2), 90+4-pen. (4:2)
İlk oyun – 2:5
Baş hakim: Damir Skomina (Sloveniya)

Roma. “Olimpiya” stadionu

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43