“Roma” klubu baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu “Ayaks”ın baş məşqçisi Françesko Fariolini komandaya gətirmək niyyətindədi. 35 yaşlı mütəxəssis “Roma”nın nümayəndələri ilə ilkin danışıqlar aparıb.
“Roma”nın hazırkı baş məşqçisi Klaudio Ranyeri 2024/25 mövsümünün sonunda məşqçilik karyerasını başa vuracaq.
Paytaxt təmsilçisi A Seriyasının 21 turundan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.