21 Sentyabr 2024
Dünya futbolu

“Roma” “Fənər”in istədiyi hücumçu üçün danışıq aparır

“Roma” “Fənərbağça”nın da istədiyi hücumçu Yusuf En-Nesirinin alınması üçün “Sevilya” ilə danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 27 yaşlı futbolçunun qiymətini 30 milyon avrodan 22 milyona endirmək istəyir. Ancaq La Liqa klubu bununla razı deyil. 

En-Nesirinin “Sevilya” ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 2023/24 mövsümündə mərakeşli 41 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43