"Roma" klubu bu dəfə Türkiyədən futbolçu almağı planlaşdırır.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, italyanlar "Fənərbağçanın gənc üzvü Salih Uçana göz dikib. Klubun menecerlərinin danışıqlar aparmaq üçün artıq İstanbulda olduğu bildirilir.
Digər məlumata görə isə "sarı-lacivərtlilər" futbolçusunu komandadan göndərmək fikrində deyil.