21 Sentyabr 2024
Dünya futbolu

“Roma” “Milan”ı darmadağın etdi

“Roma” yoldaşlıq görüşündə “Milan” üzərində böyükhesablı qələbə qazanıb – 5:2.

İdmanxeber.az-ın məlumatına görə, oyun Avstraliyada baş tutub.

“Roma” komandasının heyətində Tommaso Baldansi, Temmi Abraham, Ancelino, Paulo Dibala və Serdar Azmun fərqlənib.

“Qırmızı-qaralar”ın qollarını Teo Hernandes və Noa Okafor vurub.

“Milan” 2023/24 mövsümünün sonunda İtaliya çempionatını 75 xalla ikinci yerdə başa vurub. “Roma” (63 xal) turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43