"Roma" növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, İtaliya klubu hollandiyalı yarımmüdafiəçi Urbi Emanuelsonu rənglərinə bağlayıb.
Hollandiyalı ilə iki illik müqavilə bağlayan "canavarlar" futbolçunun "Milan"la müqaviləsi başa çatdığı üçün pul ödəməyiblər.
Qeyd edək ki, bu məlumatı klubun rəsmi saytı yayıb.