16 Sentyabr 2024
Dünya futbolu

“Roma” millinin kapitanı ilə anlaşdı

Avstraliyanın kapitanı və qapıçısı Metyu Rayan karyerasını A Seriyasında davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı qolkier “Roma” ilə anlaşıb. Tərəflər 1+2 illik sistemli müqaviləyə qol çəkiblər. Transferin yaxın günlıərdə rəsmən açıqlanması gözlənilir.

Rayan karyerası ərzində “Arsenal”, “Real Sosyedad”, “Valensiya”, “Brügge”, “Kopenhagen” və digər klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43