İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Roma” doğma meydanda “Fiorentina”nı qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -1:1.
“Roma” hazırda 25 xalla 4-cü pillədə, “Fiorentina” isə 24 xalla 7-cı sırada qərarlaşıb.