“Roma” “Qalatasaray”da çıxış edən Efe Akmanla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” gənc oyunçu üçün 6 milyon avro təklif edib.
“Qalatasaray”ın sabiq oyunçusu Ayhan Akmanın oğlu olan Efe bu mövsüm 2 oyunda meydanda olub. Xatırladaq ki, onun qardaşı Hamza da “sarı-qırmızılar”da çıxış edir.