İdman

“Roma” – “Qarabağ” matçı Braziliya və Fildişi Sahilində canlı yayımda

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyunu çərçivəsində səfərdə “Roma”nın qonağı olacaq “Qarabağ”ın görüşü dünyanın 106 ölkəsində canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, oyunu ölkəmizdə canlı olaraq “Az TV” işıqlandıracaq. Maraqlısı isə ondadı ki, sözügedən 106 ölkədən “Roma” – “Qarabağ” matçını Türkiyə, Rusiya, Ukraynanın kanaları göstərməyəcək.

Əvəzində təmsilçimizin görüşü Braziliya, Kamerun, Konqo, Fildişi Sahili və s kimi ölkələrin kanallarında canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43