22 Fevral 2025
Dünya futbolu

“Roma” yarımmüdafiəçiyə müqavilə təklif etdi

“Roma”nın yarımmüdafiəçisi Nikkolo Pisilli klubu ilə müqaviləsini uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, romalılar 20 yaşlı italiyalı ilə sözləşmə uzatmaq istəyirlər. Yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Pisilli 31 oyun keçirib, 3 qol vurub və məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43