İdman

Romalılar üçün maraqsız olan “Roma” – “Qarabağ”

Çempionlar Liqasının 6-cı turunun görüşləri çərçivəsində baş tutacaq “Roma” – “Qarabağ” matçına azarkeş marağı kifayət qədər deyil.

İdmanxeber.com-un məlumatına görə, “canavarlar” üçün önəmli matç olmasına baxmayaraq 70 minlik stadionun dolmayacağı dəqiqdi. Roma Olimpiya Stadionuna təqribən 30 min azarkeşin təşrif buyuraacağı proqnozlaşdırılır. Buna səbəb kimi matçın iş gününə təsadüf etməsi göstərilir.

Qeyd edək ki, saba keçiriləcək “Roma” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43