“Neftçi”nin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim. Ümid edirdim ki, “Neftçi”ni çempion edib Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”dən ayrılan Roman Qriqorçuk ukrayna mətbuatına müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib:
“Neftçi”yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar.Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Mən bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. Mən ideyalarımı həyata keçirmək istəyirəm, yüksək nəticələr əldə etməyə yönəlmiş layihədir”.