27 Dekabr 2024
Müsahibə

Roman Qriqorçuk: “Biz həmişə 5:0 hesabıyla qələbə qazanmaq istəyirik” (MÜSAHİBƏ)

Sabah Avropa Liqasının cavab oyununda Qəbələdə Tiflis “Dinamo”sunu qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

– Komandada ab-hava necədir?

– Komandada hər şey yaxşıdır. Sabah qələbə üçün meydana çıxacağıq.

– Erkən qol komandaya nə verə bilər?

– Əlbəttə ki, erkən qol komandaya müsbət təsir edə bilər. Əsas məsələ odur ki, qələbə qazanmaq istəyəcəyik. Əsas istəyimiz budur. Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.

– İlk oyunla müqayisədə komandada heyətlə bağlı hansı dəyişikliklər olacaq?

– Sabakı oyuna hansı heyətlə çıxcağımız hələlik məlum deyil. Ola bilsin ki, dəyişikliklər olsun. Əlbəttə ki, üstünlük rəqib komandadadır. Oyunçularımızın çoxu yenidir. Onlar hələ komandanın oyun tərzinə uyğunlaşmayıb. Ümumi götürdükdə deyə bilərəm ki, sabah göstərəcəyimiz oyun yaxşı olmaya bilər. Çünki hələ komanda tam komplektləşməyib.

– İlk oyundan sonra yaşanan məlum olaylar – azarkeşlərin dövlətimizin və klubun atributlarına qarşı etdiyi hörmətsizliklər və təhqirlər sizə komandanı psixoloji cəhətdən daha yaxşı hazırlamaq üçün kömək edəcək?

– Belə şeylərə çox pis baxıram. Futboldan kənarda belə şeylər olur. Mənim də komandanı psixoloji cəhətdən hazırlamaq üçün bu olaydan istifadə etmək fikrim yoxdur. Əminəm ki, bizim klubun rəhbərliyi belə olayların Qəbələdə yaşanmasına imkan verməyəcək.

– İlk oyunda söz vermişdiz ki, 5:0 hesabıyla qələbə qazanacaqsız. Bəs bu dəfə?

– Biz həmişə 5:0 hesabıyla qələbə qazanmaq istəyirik.

– Komandanın fiziki gücü sabah çatdıracaq?

– Komandamın fiziki cəhətdən tam hazır olduğunu deyə bilmərəm. Amma hər keçən gün komandam daha yaxşı vəziyyətə gəlir. Zaman keçdikcə vəziyyətimiz daha da yaxşı olacaq. Ümumilikdə müdafiə olunuruq, fərdi olaraq yox. “Dinamo”da çempionatın bombardiri olan futbolçu var. Ona qarşı da ümumi olaraq oynayacağıq.

– Sabahkı oyunun əsas qəhramanı sizsiz. Ancaq siz sanki sabah məğlubiyyətə əl yeri qoyursuz…

–  Oyunçularımızın hamısı sərkərdədir. Biz sadəcə onları yönləndiririk. Əsas məsələ odur ki, meydana oyunçular çıxır və səhnədə olanları onlar göstərirlər.

– Penaltilər seriyası haqda düşünmüsüz?

– Penaltilərə hazırlaşmaq barədə düşündüm, amma ürəyimdə. Çünki sonra düşündüm ki, bu məqam komandama yaxşı təsir etməyə bilər.

– Siz ikinci turdakı rəqiblər barədə məlumat toplamağa başlamısız, yoxsa hazırda ancaq “Qəbələ”ni düşünürsüz?

– Növbəti rəqiblərlə maraqlanmışıq. Yəni kim ola bilərlər deyə. Konkret olaraq məlumat toplamamışıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43