“Erkən qol vurduq. Belə məqamlarda əsas odur ki, bir qolla kifayətlənməyəsən. Ancaq hesabı açdıqdan sonra rəqib təzyiqi artırdı və oyuna nezareti ələ aldı”.
İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının 18-ci turu çərivəsində “Qarabağ”a qonaq olan “qırmızı-qaralar”ın çalışdırıcısı sözünə belə davam edib:
“Düzdü, ikinci qolu vurmaq şansımız oldu, lakin istifadə edə bilmədik. Biz heç vaxt hesabı qorumağa oynamamışıq. Cavid çox istedadlı oyunçudu və onun yeri komandada görünür. O, olsaydı, biz daha güclü olardıq. Onunçün çox darıxmışam ve yeni il arzum da onu tezliklə aramızda görməkdir. Bugünədək hər oyundan əvvəl penaltini kimin vuracağını deyirəm, ancaq yeganə hal idi ki, bu oyundan əvvəl deməmişdim. Deməli, günah məndədir. Adətən penaltiləri Qaya tapşırıram. Ancaq kubok oyununda Qay oynamırdı deyə Dodoya tapşırmışdım”.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb