14 Oktyabr 2024
Kateqoriyasız

Roman Qriqorçuk: “Görsəm ki, onlar hazırdı, oynadacam”

“Biz çox şadıq nəticələrə görə. Bu nəticələr bizi qane edir və buna görə Allaha şükür edirik. Amma daha yaxşı oynamaq istyirik və bunun üçün çalışırıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Topaz Premyer Liqasında 5-ci turun son oyununda “Qəbələ” evdə “Sumqayıt” ilə qarşılaşıb. Uzatma dəqiqələrində vurulan qolla hesabına 3 xal yazan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı yeni milli futbolçulardan yalnız Ruslan Abışova şans verməsinə belə münasibət bildirib:

“Vüqarla Vaqifə oyun tempini tutmaq, tonusa düşmək üçün zaman lazımdı. Yeri gəlmişkən, bu günlərdə Vaqifin toyu olacaq. Fürsətdən istifadə edib həyatının ən vacib qərarlarından birini verən futbolçuya xoşbəxtlik arzu edirəm, onu təbrik edirəm. Onların mövqeyi elədir ki, burda oynayan futbolçu hazır olmalıdır. Bu həm futbolçunun özü, həm də komanda üçün vacibdir. Yəni vaxt lazımdır. Görsəm ki, onlar hazırdı, oynadacam”.

Qriqorçuk “Qay adətən 75-ci dəqiqədən sonra yorğun görünür, amma sona qədər oynadırsız” iradına isə belə cavab verib: “Onu uzun müddətdi tanıyıram. Hücumun inkişafında “beyin” rolunu oynayır. Bütün hücumları istiqamətləndirir. Ola bilsin, lap matçın 1-ci dəqiqəsində yorğun görünsün. Amma bu o demək deyil ki, o oyunu yarıgüc keçirəcək. Onu çoxdan tanıyıram. Tanımadığım Fakundo Pereyra idi. Oyundan əvvəl söhbət edərkən yorğun olmadığını, matça hazır olduğunu demişdi. Amma matçın gedişində gördüm ki, yorğundu. Ona görə də onu əvəzlədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43