07 Noyabr 2024
Ölkə futbolu

Roman Qriqorçuk: “Hansısa futbolçum azarkeşə söz deyirsə, ona haqq qazandırmaram”

“İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma qola çevirə bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Səbail” görüşü (1:1) sonrası deyib. O, daha sonra belə davam edib:

– Matçdan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Ervin Koffi azarkeşə butulka atdı. Orada nə baş vermişdi?

– “Neftçi” şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Bilmirəm səbəb nə idi ki, oyunçularla azarkeşlər arasında problem yaşandı. Düşünmürəm hansısa səbəb var ki, oyunçulara belə irad bildirilsin. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə, ona haqq qazandırmaram. 

– Kilan Lebon niyə start heyətində meydana çıxmadı? 

– Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi.  Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu. O, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.

– Azarkeşlər Emin Mahmudovdan soruşurdular ki, “Qarabağ”a necə çatacaqsız? Növbəti turda da “Sabah”la oynayacaqsız. Düşünmürsüz ki, gələn oyundan sonra azarkeşlər məhz sizin özünüzü ora dəvət edəcək?

– Mən hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. “Qarabağ” çox güclü komandadır. Niyə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? “Qarabağ” çempionatda ən güclü komandadır.

– Ervin Koffiyə cəza olacaq?

– Mən hər şeyə dəqiq cavab verdim. Bilmirəm orada nə baş verib. Heç nə eşitməmişəm. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə baş verməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. Əgər istedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır. Özümüzü pis hiss edirik ki, qalib gəlmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43