23 Dekabr 2024
Ölkə futbolu

Roman Qriqorçuk: “Komanda məğlub olursa, günahkar baş məqşçidi”

Topaz Premyer Liqasının XVI turunda “Qəbələ” “Neftçi”ni qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, görüş qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

– Komanda məğlub durumdadı, amma hücum zamanı 5-6 futbolçu mərkəz xəttini keçmir. Bu nə ilə bağlıdı?

– Etiraf edirəm ki, belə epizodlar oldu. Amma bu o demək deyil ki, futbolçuların istəyi yox idi. Arxadaki futbolçular hücuma qoşulana qədər topu itirirdik. Ona görə də, hücum qurulmasında çalışmalıyıq ki, top itirməyək.

– İkinci dövərədə komandanın yalnız bir qələbəsi var. Bu gedişlə klub hara gedir?

– Bunu siz deməsəz də bilirəm. Çox təssüf edirəm bu duruma. Xal yığa bilmriik, bu çox pisdi. Bugünki oyunda isə aqresivlik yox idi. Çoxlu qol epizodları itiririk. Futbolçularım da artıq bu durumdan bezib. Bunun öhtəsindən gəlmək üçün oyunçularda güclü xarakter olmalıdı. Bundan sonra bu uğursuzluqlara dözmək lazımdı, inanıram ki, daha yaxşı olacaq. Gutbolçulara da deyəcəm ki, bununla bağlı heç kimi günahlandırmaq lazım deyil. Çətin dövr yaşayırıq.

– Siz səbrli olduğunuz vaxt “Qarabağ” uzaqlaşır…

– Bilirəm, “Qarabağ” daha güclüdü. Amma yenə də, qarşıda xeyli oyunlar var. Hələ 20 oyunumuz var və bu da 60 xal deməkdi. Təbii ki, biz uzaqlaşıb sonradan çatmaq üçün çalışmaq istəmirik. Sadəcə özümüzü düşünməliyik və durumdan çıxmalıyıq.

– Ruslan Abışov niyə çıxş etmədi?

– Ruslan Abışovla bağlı risk etmək istəmədim. O oynaya bilərdi. Sadəcə tam sağalmadığına görə, risk etmək istəmədim. Ruslan Abışov bizim üçün önəmli futbolçudu.

– Futbolçular məsuliyyəti öz üzərinə götürməkdən çəkinir. Ola bilərmi ki, siz oyunçulara sərbəstlik vermirsiniz?

–  Düzgün vurğuladınız. Həmişə futbolçulara bunu deyirəm. Həmişə belə futbolçu olmalıdı. Bütün məsuliyyəti öz üzrəinə götürüb və “Mən vuracam, mən edəcəm” sözlərini deyən biri olmalıdı. Fiziki cəhətə gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Yorğunluq var? Bəli razılaşıram ki, bir qədər yorğunuq. Sadəcə bu vəziyyətdən çıxmalıyıq. Səbrli olmalıyıq. Oyunun əvvəlində qolları vura bilsəydik, indi burda başqa mənzərə yaranmışdı. Bu futbolçulara da təsir edir. Bunun qrşısını almağa çalışmalıyıq.

– Bir neçə dəfə rast gəlmişik ki, futbolçuları müdafiə etmisiniz. Daha çox məsuliyyəti öz üzrəinizə götürürsünüz. Düşünmürsünüz ki, rəhbərlik bir gün sizi işinizdən azad edə bilər.

– Mən həmişə belə hesab etmişəm. Bu mənim yanaşmamdı. Əgər komanda məğlub olursa, bunun günahkarı məşqçidi. Mən görsəm ki, gutbolçular məsuliyyətsizlik edir, oynamaq istəmir bu anda mən futbolçuları günahlandıra bilərəm. Amma görürəm ki, bütün oyunçular istəklə oynayır. Onları necə tənqid edə bilərəm? Onlara hər şeyi üzünə deyirəm. Futbolçulara yaxşını da, pisi də deyirəm. Amma burada bu qədər adam arasında və kameralar önündə pisləyə bilmərəm. Mən görürəm ki, onlar çox narahatdı, amma yenə də həvəslə istəklə oyanyırlar. Futboçularımı çox sevirəm.

– Komandada yeni mövqelərdə gücləndirmək istəyirsinizmi?

– Əlbəttə ki, seleksiya olmalıdı. Digər tərəfədn futboçu getmək istəyir və ya təkliflər alır. Kimlərin transfer olunub gedəcəyini indi deyə bilmərik. Bu haqda mövsüm sonunda danışmaq olar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43