20 Sentyabr 2024
Ölkə futbolu

Roman Qriqorçuk: “Mən çox şadam ki, Ramil bizimlədir”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin keçidini dəyərləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəsis bunun komanda üçün əla transfer olduğunu deyib.

O, hücumçunun transferindən məmnun olduğunu vurğulayıb:

“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək. R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi “Kocaelispor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43