Ölkə futbolu

Roman Qriqorçuk: “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ”  “İnter”i 2:0 hesabı ilə məğlub edərək finaa yüksəlib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

“Oyundan və nəticədən razıyıq. Qalib gəldik və finala yüksəldik. Hər şey yaxşıdır. İlk oyundakı 3:1 hesablı qələbəyə əsasən finala çıxdığımızı söyləmək olmazdı. Biz öncədən bu haqda danışa bilməzdik. “İnter” yaxşı komanda, ciddi və peşəkar rəqibdir. Ona görə də qarşılaşmaya ciddi hazırlaşmışdıq. “İnter”ə hörmətlə yanaşıram. Biz sıx qrafiklə oynayırıq. Bu səbəbdən də meydana funksional baxımdan daha yaxşı olan, digərləri ilə müqayisədə az çıxış edənləri buraxmışdıq. Hücumda fərqli oyunçulara şans verə bilərik. Onların durumunu, tələblərimizi yerinə yetirməsini nəzərə alırıq. Baqali Dabo uzun müddət buraxdığından tam hazır deyil. Daniel Subotiçin isə sistemimizə uyğun gəlməsi üçün vaxt lazımdır. Ümumilikdə isə ən hazırlıqlıları meydana buraxmaq prinsipimiz dəyişməyib. Bugünkü matçda bir sıra müsbət məqamlar gördüm. “Zirə” ilə ötən qarşılaşmamız isə 2 il yarım ərzində keçirdiyimiz ən yaxşı oyunlarımızdan biri idi. Lakin yaratdığımız imkanlardan qol vura və qalib gələ bilmədik. Amma oyun planında ideala yaxın məqamlar da izlədim. Teo Uiks bizə gələndə daha hücumameylli idi. Mən onu öz sistemimizdə dayaq yarımmüdafiəçisi kimi görürəm. Uiks buna uyğun çox şey bacarsa da, üzərində bir az da çalışmalıdır. Rəşad Eyubovun bugünkü oyununu pis adlandırmazdım. Sadəcə bacardığını etsə kifayətdir və artıq nə isə fikirləşməyə ehtiyac yoxdur. Aprelin 9-da “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil. Bir-iki matçı saymasaq, “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub.Yenə belə olacaq qarşılaşmada qələbə qazanmağımızı istərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43