Müsahibə

Roman Qriqorçuk: “Qəbələ”nin çətin vəziyyətdə olduğunu düşünmürəm”

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” səfərdə AZAL-la 1:1 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

– Komandamın oyunundan razıyam. Xal itirdiyimizə görə məyusam. Sadəcə, epizodlarımızdan istifadə edə bilmədik. Bu səbəbdən xal itirdik.

– “Qarabağ”ın bu gün xal itirməsinə inanırsınızmı?

– Bu barədə fikirləşmək istəmirəm. Bizə hazırda “Qarabağ”la oyunumuzu düşünürük. Çalışacağıq ki, “Qarabağ”da oyunda xal itirməyək.

– Komanda son  oyunlarda xal itirir. Sizcə, “Qəbələ” çempion olmağa hazırdırmı?

– Bunu nə təsdiq, nə də inkar edə bilmərəm. Qarşıda 5 oyunumuz var. Bu suala çempionatın sonunda cavab verə bilərəm.

– Son günlər yenidən Qriqorçukun Ukrayna klublarından birinə keçidi gündəmdədir. Bu söhbətlərə son qoya bilərsinizmi?

– Bu tip mövzülərə fikir bildirmək istəmirəm. Konkret olaraq şərhsiz deyirəm. Hazırda “Qəbələ”nin çətin vəziyyətdə olduğunu düşünmürəm.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43