Dünən ÇL-nın 1/8 final mərhələsinin cavab qarşılşmasında səfərdə “Porto”ya 3:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan “Roma” komandasının baş məşqçisi Di Françeskonun istefa verdiyi bildirilir.
İtaliya mətbuatının verdiyi məlumata görə, təcrübəli mütəxəssis oyunun ardından keçirilən mətbuat konfransına qatılmayaraq birbaşa komandanı daşıyan avtobusa yollanıb.
Baş məşqçinin işinə davam edib-etməyəcəyinə isə klub rəhbərliyi qərar verəcək.