“Oyunlarımıza belə böyük maraq gözləmirdim. Bütün azarkeşlərə təşəkkür edirəm”.
İdmanxeber.com-un məlumatına görə, bunu “Roma”nın yarımmüdafiəçisi Maksim Qonalon deyib.
İtaliya mətbuatına danışan “canavarlar”ın 28 yaşlı futbolçusu komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Fransa millisinin üzvü “Qarabağ” üzərində qələbə qazanaraq, yollarına davam edəcəklərinə inanır: “Ümid edirəm ki, Çempionlar Liqasında mübarizəni davam etdirəcəyik. Təbii ki, bunun üçün ilk növbədə “Qarabağ”ı məğlub etməliyik. İnanıram ki, bu turnirdə hələ böyük işlər görəcəyik”.
Qeyd edək ki, son tur öncəsi “Roma” 8 xalla C qrupunda ikinci pillədə qərarlaşır. İtaliya təmsilçisi dekabrın 5-də Roma Olimpiya Stadionunda “Qarabağ”ı qəbul edəcək.