“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçrəni “Sürix” klubu iki futbolçusu ilə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya “Roma”sına qayıdıb.
Komanda 21 yaşlı müdafiəçisi – Filip Freylə də yolları ayırıb. Onunla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.