Kateqoriyasız

“Roma”ya qol vuran Pedro Enrike “Qarabağ”ın oyununda

Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ” “Zirə”ni qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı izləyənlər arasında Ağdam klubunun sabiq futbolçusu Pedro Enrike də var. Türkiyənin “Kayserispor” klubunda çıxış edən braziliyalı Super Liqada yaranan fasilə ilə əlaqədar Azərbaycana səfər edib və keçmiş komandasının oyununa gəlib.

Pedro Enrike 2017/18 mövsümünü “Qarabağ”da keçirib. O, Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurmaqla Azərbaycan futbolunun tarixinə düşüb. Pedro “Roma”ya qarşı matçda (2:1) yeganə qolumuzun müəllifi olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43