Kateqoriyasız

Romero üçün əlamətdar oyun

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qoluna imza atıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, ispaniyalının yubileyi Premyer Liqanın 17-ci turuna təsadüf edib. O, “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub.

“Azersun Arena”dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.

Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la Çempionlar Liqasının ev görüşündə (3:0) vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43