Dünya futbolu

Ronaldinyo: “Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var”

“Barselona” və Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Messi və Neymar haqqında maraqlı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu açıqlamasında Messinin peşəkar futbola gəlməsində əməyi olduğunu da bildirib:

“Neymar dünyanın ən istedadlı ulduz futbolçularından biridir. Daha bir braziliyalının tarix yazmasını müşahidə etmək insana zövq verir. Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim. Braziliyalıların “Barselona”dakı uğurlarını görmək məmnunluq doğurur. Bizim “Barselona”da qazandığımız nailiyyətləri hazırda Neymar təkrarlayır.

Messi meydançaya ilk dəfə çıxdığı gündən bəri dəyişməz olaraq qalıb və özünü oyuna həsr edir. Messinin “Barselona”nın əsas heyətində vurduğu ilk qol futbol tarixində yeni səhifə açdı. Ona ötürməni mən vermişdim və çox şadam ki, Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43