“Barselona” və Braziliya milli komandasının keçmiş oyunçusu Ronaldinyo Paraqvay həbsxanasında futbol turnirinin qalibi olub.
Əfsanəvi futbolçu bu yarışda da möhtəşəm performans göstərib.
Ronaldinyonun komandası həlledici görüşdə rəqibini 11:2 hesabı ilə məğlub edib. Braziliyalı qarşılaşmada 5 qol vurub və 6 asisst edib. Turnirin mükafatı isə 16 kiloqramlıq donuz olub .
Qeyd edək ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport gəzdirdikləri üçün həbs edilib.