"Atletiko Mineyro"nun ulduz futbolçusu Ronaldinyo gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Braziliya klubu ilə qışda müqaviləsi bitəcək olan Roni televiziya proqramlarının birində qonaq olub və komandadan ayrılmaq istəmədiyini bildirib:
"Böyük ehtimalla müqaviləmi uzadacağam. Hadisələrin inkişafı bunu göstərir. Rəhbərliklə hələ danışmamışam. Lakin klubda qalmaq istəyirəm. Harasa getmək niyyətində deyiləm".
Qeyd edək ki, ulduz futbolçu ilə "Beşiktaş" yaxından maraqlanırdı.