Dünya futbolu

Ronaldinyo yenidən “Barselona”da

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.

İdmaxneber.com-un məlumatına görə, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.

Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib. O, bu müddət ərzində Kataloniya klubunun heyətində 207 oyun keçirib və 94 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43