“Tvitter” sosial şəbəkəsində Brazilyada keçirilən dünya çempionatı zamanı haqqında ən çox danışılan 10 futbolçu müəyyən edilib.
İdmanxeber.com-un məlumatına görə, bu siyahıda Portuqaliya millisinin və “Real Madrid” klubunun üzvü olan Kriştiano Ronaldo yer almıyıb. “10”luqda ilk pillədə Argentina millisinin hücumçusu Lionel Messi yer alıb. Braziliyalı Neymar ikinci, hollandiyalı Aryen Robben isə üçüncü olub.
1. Lionel Messi (Argentina)
2. Neymar (Braziliya)
3. Aryen Robben (Hollandiya)
4. Tim Hovard (ABŞ)
5. Xames Rodriqes (Kolumbiya)
6. Qilermo Oçoa (Meksika)
7. David Luis (Braziliya)
8. Robin van Persi (Hollandiya)
9. Tomas Müller (Almaniya)
10. Luis Suares (Uruqvay)