İdman

Ronaldo: “Bu karyeramda yeniləyəcəyim son müqavilə deyil”

Kriştianu Ronaldo “Real”la müqaviləsinin müddətini 2021-ci ilə kimi uzadıb. İdmanxeber.com xəbər verir ki, ulduz futbolçu açıqlamasında 2016-cı ili özü üçün uğurlu il adlandırıb.

“Real”da qalmaq və karyeramı dünyanın ən böyük klubunda davam etdirməklə bağlı tərəddüdüm olmadı. 2016-cı il mənim üçün möhtəşəm oldu. “Real”la Çempionlar Liqasının qalibi olmaq, Portuqaliya ilə AVRO-2016-dakı zəfər, klubla müqaviləmi yeniləmək…Dəfələrlə xoşbəxt olduğumu bilidirirəm və burda qalmaq istəyirəm. Amma bu, karyeramda yenilənən sonuncu müqavilə olmayacaq. 41 yaşıma kimi oynamaq istəyirəm”.

Ronaldo 2009-cu ildə 94 milyon avro qarşılığında “Manchester United”dən “Real”a transfer edilmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43