Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Yuventus”un qonağı olan “Atletiko” görüşdə 3:0 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından keçirilən ənənəvi mətbuat konransında Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone “Yuventus”un qələbəni haqq etdiyini bildirib:
“Rəqib çox yaşı oynadı və qələbəni haqq etdi. Biz isə çox önəmli səhvlərə yol verdik. 3:0 məğlub olsaq da, ən pis oyunumuz deyildi. “Yuventus” ikinci hissə bizə çox təzyiq etdi. Buna görə də hücuma çıxmağa çətinlik çəkdik. Ronaldo dünyaın ən yaxşılarındandır. Belə oyunlarda nəticəni bəlirləməsi normaldır”.
Qeyd edək ki, ilk matçda “Atletiko” doğma meydanda 2:0 hesabı ilə qələbə qazanmışdı.