Dünya futbolu

Ronaldo Fransa oyunundan danışdı

Portuqaliya yığması Avro-2024 1/8 final mərəhləsində Sloveniyanı məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın kapitanı Kriştiano Ronaldo 1/4 finalda qarşılaşacağı Fransa ilə oyundan gözləntilərini bölüşüb:

“Qələbənin favoritlərindən biri olan Fransa ilə bizi çətin oyun gözləyir. Amma biz mübarizə aparacağıq, komandamız yaxşıdır”.

Fransa 1/8 finalda Belçikanı (1:0), portuqallar Sloveniyanı (0:0, 3:0(penaltilər seriyası) məğlub edib.

Portuqaliya – Fransa matçı iyulun 5-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43