“Mançester Yunayted”i doğma evi adlandıran “Real” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo jurnalistlərin Mançetser keçidi barədə verdiyi sualları cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, Ronaldo “Mançester Yunayted” barədə bu sözləri deyib:
“Mançester Yunayted” ən çox sevdiyim klublardan biridir. Orada oynamaq xoşuma gəlir və mən həmişə bu klub haqda danışıram. “Mançester Yunayted”də hər şey qazandım. İnsanlar isə elə bil mənə qibtə edirdilər. Onlara çox borcluyam. Sanki ingiltərəlilər ikinci ailəm idi. “Mançester Yunayted”ı sevirəm, ora qayıtmaq isə… Futbolda olmaz deyə bir şey yoxdur, gələcəkdə nə olacağını demək olmaz. Sözsüz ki, “Real Madrid”də də xoşbəxtəm. Evim, klubum buradadır. Ancaq “Mançester Yunayted”də mənə davranışlar inanılmaz idi. Ola bilər ki, tarix təkrarlansın, hər şey mümkündür”.