Dünya futbolu

Ronaldo: “Kasilyasın zədələnməsi komandamızı çətin vəziyyətə qoya bilər”

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Qalatasaray”a 6:1 hesabı ilə qalib gələn Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo oyun haqda fikirlərini bildirib.

Ulduz futbolçu açıqlamasında rəqiblərini hər cəhətdən üstələdiklərini bildirib.:

“Bundan yaxşı başlanğıc ola bilməz. Altı qol vurmaq bizə böyük ümid verir. Çempionlar Liqasına belə start vermək çox gözəldir. Rəqibimiz komplektləşmiş bir komandadır. Ancaq ilk qolu vurduqdan sonra rahatlaşdıq. Oyun boyu üstün tərəf olduq. İlk dəqiqələrdən rəqibimizin xeyli qol epizodu oldu. Ancaq qola imkan vermədik”.

Ronaldo qapıçı İker Kasilyasın zədəli olması haqda da danışıb. Qeyd edib ki, onun yoxluğu “Real” üçün böyük itkidir: “Kasilyasın zədələnməsi komandamızı çətin vəziyyətə qoya bilər. Ancaq əminəm ki tezliklə sağalıb sıramıza dönəcək”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43